- 23-06-2023
Azərbaycanın Yaponiyadaki fövqəladə və səlahiyyətli səfiri cənab Gürsel Ismayılzadə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının fəxri üzvü olmuşdur.
Assosiyasiyanın prezidenti Atil Ağamirov və vitse-prezidenti Ülvi Ağamirov cənab səfir ilə rəsmi görüş zamanı Assosiasiyanın gördüyü işlər , gələcək fəaliyyəti, inkşaf planı ilə bağlı fikir mübadiləsi etmişdir.
Görüşün sonunda Assosiasiyanın prezidenti Atil Ağamirov fəxri üzvlük sertifikatını cənab səfirə təqdim etmişdir.
“Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.