J M A C A
Drag

Kintsugi sənəti

 Kintsugi sənəti

Kintsugi sənəti

Kintsuginin meydana gəlməsi 15-ci əsr Yaponyasına dayanır.Etimologiyaya əsasən “kin” sözü yaponcadan “qızıl” , “tsugi” isə “birləşdirmək” olaraq tərcümə olunur  və “qızılla birləşdirilmə” mənasına gəlir.

Bu sənət vasitəsi ilə insanlar qırılan əşyalarını qızıl tozundan istifadə edərək təmir edirlər.

Bu sənətin altında isə bir fəlsəfə gizlidir.Yəni ki, bir əşya vəya bir insan əzab çəkirsə,deməli,bundan bir dərs alır və bununla bağlı bir xatirəyə sahibdir.Buna görə də o,artıq əvvəlkindən daha gözəl və daha dəyərlidir.Bununla da,yapon fəlsəfəsi,Kintsugi,qırıq əşyaları qızılla təmir edərkən ,bizə gözəlliyi qüsurlarda görməyi xatırladır.

Rəvayətə əsasən, yapon imperatoru, (bəzi versiyalarda isə, komandir Ashikaga Yoshimasa) sarayının dəyərli çini əşyaları qırıldıqda, bunları itirməyə qıymadığına görə, təmir üçün Çinə göndərir. Çində, bu əşyaların adi metal sayılan dəmir tellərlə təmir edildiyini görüncə, bu əşyaların qızılla təmir edilməsini əmr edərək, Kintsugi sənətinin təməllərini qoyur. Beləliklə də, imperatorun məyusluğu məmnuniyyətə çevrilir.

Kintsugi sənətinin ilk nümunələrində yüngül bir formada qızıl istifadə olunarkən, hazırda daha möhkəm və canlı bir görünüş təqdim etdiyi üçün, platin və ya gümüşün lakla qarışdırılmasından əldə olunan maddələr istifadə edilir. Yəni, qırılan əşyanı təmin edərkən, daha da qiymətləndirməyə çalışmağın adıdır, Kintsugi.

Kintsugi ilə qırılmanın izləri gizlədilməz, tam əksinə, vurğulanar. Kintsugi sənəti, Wabi-Sabi anlayışına söykənir. Wabi-sabi, həyatın heç bir ünsürünü qüsur olaraq qəbul etmir, tam əksinə, ona görə, həyat bütün ünsürləriylə dəyərlidir. Məhz bu məqamda Şərq və Qərb fəlsəfələrinin fərqi meydana çıxır. Şərq, yaşanılanı və “qüsuru” müqəddəsləşdirərkən, Qərb, simmetriya və qüsursuzluğa xeyir-dua verər. Önəmli Kintsugi ustalarından biri belə deyir: "Sınıq əşyalardakı gözəlliyi təmir etmirsiniz. Oradakı gözəllik, həmin nəsnəyə necə baxmağınızla əlaqəlidir. Həmin sınıq əşyadakı potensialı görə bilirik, normalda zibilliyə atılası həmin əşyanı yenidən istifadə edir, yenidən yaranmasını təmin edirik."

Heydər Əliyev

“Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.

Son xəbərlər