- 23-06-2023
Qədim rəvayət görə, indiki yapon millətinin Yapon adalarında mövcud olmasını məhz sumo ilə bağlanır. Əfsanə görə Takamikadzuti varvarların lideri ilə təkbətək döyüşüb. Onun qələbəsi sayəsində yaponlar hazırkı Honsü adası ərazisində məskunlaşmaq hüququ qazanıblar.
Yaponların “Müvəqqəti illər povest”də, avropa üslubuna görə, eramızdan əvvəl 230-cu ildə, İmperatorun iştirakı ilə keçirilmiş təkbətək döyüş sumo milli güləşi üzrə ilk yarış kimi qeyd edilir. İdzumo əyalətindən olan Nomino Sukune öz rəqibini qabırğalara vurulan ayaq zərbələri ilə sarsıtmışdı, indi bu fənd müasir sumoda qəti qadağandır.
Sumo haqqında olan ilk mötəbər tarixi məlumatlar VII əsrin ortalarına aiddir. 642-ci ilin ikinci ayında, İmperator sarayında Koreya səfirinin şərəfinə sumo yarışı keçirilmişdi. O vaxtdan İmperatorun himayəsi altında hər il payız aylarında çöl işləri sonunun bayramı günlərində yarışlar təşkil edilirdi. İlk təkbətək döyüşlər idman mahiyyətli deyil, dini əhəmiyyət daşıyırdı. O döyüşlər ayin rəqslərlə, dualarla və dini mövzularda hazırlanmış teatr tamaşaları ilə müşayiət olunurdu.
Sumo texnikası öz incəliyi ilə fərqlənmirdi: güləşin atma və tutma fəndləri boks elementləri ilə uyğun gəlirdi, qadağan edilmiş fəndlər isə demək olar yox idi. Sumonun əsas qaydaları və hakimlik sistemi Heyan dövründə (794-1185-ci illər) formalaşır. Güləşçilərə rəqibin saçından yapışmaq, təpikləmək və başına yumruqlar vurmaq qəti qadağan olunur. Pəhləvanların geyimində – bud üstünü örtən sarğı olur.
Hərbi zümrənin güclənməsi və İmperator hakimiyyətinin zəifləməsi ilə sumonun rolu da ciddi şəkildə dəyişir. Yarışlar dini əhəmiyyətini itirir və getdikcə az-az keçirilməyə başlayır. Yaponiyanın daxili müharibələrlə parçalandığı Kamakura və Muromati dövründə (1192-1573 illər), sumo fəndləri əsgərin tərbiyəsi və döyüşdə tətbiq olunması üçün istifadə olunur. Hakimlərin bu günkü dəbdəbəli geyimləri (“qyodzi”) bizə o vaxtları xatırladır.
Müasir sumo öz mənbəyini Edo dövründən (1603-cü ildən sonra) götürür. XVII əsrin əvvəlində, arası kəsilməyən daxili müharibələr nəticəsində gücdən düşmüş Yaponiyada sülh quruldu. Ticarət üçün əlverişli şərait yaradıldı, tacirlər sinfi gücləndi. Yeni qüdrətli zümrə yeni əyləncə axtarır və sumo güləşi ən sevimli məşğuliyyətə çevrilir. Məhz Edo dövründə 70-ə yaxın qanuni fəndlər (atmalar, badalaqlar, qarmaq fəndləri, tutmalar, itələmələr və s.) qəti olaraq rəsmiləşdirildi, ayin təsdiqləndi, əməli olaraq bu günümüzə qədər dəyişilməmiş şəkildə gəlib çıxan yarış qaydaları təkmilləşdirildi.
Edo dövründə indiki güləşçi ierarxiyası tərtib olunur, böyük çempion – yokodzuna rütbəsi tətbiq edilir. Ən yüksək reytinq cədvəlinə («ölməzlər yığıncağına») ilk dəfə Akasi Siqanosuke daxil edilir.
XVIII əsrin ortalarında hər il Osaka və Edoda (Tokio) şəhərlərində sumo yarışının keçirilməsi ənənəsi meydana gəlir. Hal-hazırda il ərzində Yaponiyanın müxtəlif şəhərlər olmaqla 6 yarış keçirilir.
Milli yapon güləşi Meydzi Bərpa dövründə öz çətin vaxtlarını yaşayıb. 1868-ci ildə dünyadan min illər boyu təcrid olunmuş Yaponiyanın kəşfi baş verdi və ölkəyə “dənizin o tayından” gətirilən mallarla birgə yeni əyləncələr də soxuldu. Yeni burjuaziya sumonu feodalizmin qalığı elan etdi və “tərəqqi düşmənləri”nə qarşı təqiblər başlandı. Mesenatların dəstəyindən məhrum olan pəhləvanlar, əsl sənətlərindən uzaq qalaraq öz düyülərini qazanmağa məcbur olurdular. 50 sumotoridən ibarət yanğınsöndürmə dəstəsi bütün Yaponiyaya səs salmışdı.
Milli güləşi unudulmaqdan xilas edən sadə xalqın sevgisi və İmperatorun şəxsi dəstəyi oldu. Yarışlar tezliklə bərpa olundu və hətta dünya müharibələri zamanında da dayandırılmadı.
“Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.