- 23-06-2023
Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası Yaponiyanın məhşur Budo məhsullarının istehsalı və satışı ilə məşğul olan Sakuraya şirkəti ilə əməkdaşlığa başlayıb.
Sakuraya şirkətinin Yaponiyada məhşur Budo mağazası movcutdur.
Yaponiya daxilində bir çox federasiyaların zəruri məhsullarını Sakuraya şirkəti təmin edir.
Assosiasiyanın vitse-prezidenti Ülvi Ağamirov ilə Sakuraya mağazasının rəhbəri cənab Yamamoto ilə əməkdaşlıq çərçivəsində danışıqlar zamanı Assosiasiya üçün zəruri olan Yapon budo məhsullarının istehsalı və satışı ilə bağlı razılıq əldə olunub.
Bu arada nəzərinizə çatdırmaq istəyirik ki, Assosiasiyanın hər bir üzvü üçün xüsusi olaraq endirimlər mövcuddur.
“Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.