J M A C A
Drag

Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində aykido məşğələləri keçirilib.

 Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində aykido məşğələləri keçirilib.
Image
  • 13-05-2023

Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində aykido məşğələləri keçirilib.

Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində mayın 13-də aykido məşğələləri keçirilib. Bakı Konqres Mərkəzinin ərazisində baş tutan tədbirdə çox sayda əhali iştirak edib.

Tədbirdə bütün yaş qruplarından olan insanlar proqrama qoşularaq, mütəxəssislərin rəhbərliyi altında aykido təlimi və fəndlər haqqında müxtəlif məlumatlar öyrənib, özünü müdafiə etmək bacarığı, sərbəstlik, düzgün tənəffüs, rəqibin hərəkəti ilə uzlaşan və onu tamamlayan hərəkətlər yerinə yetiriblər. 

Qeyd edək ki, təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Heydər Əliyev

“Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir”.

Son xəbərlər